2025-ci ildə qeydə alınan cinayətlərin sayı açıqlanıb
2025--ci ildə ölkə ərazisində 31 852 cinayət qeydə alınıb. bu barədə Baş Prokurorluğun 2025-ci ilin yekununa dair Kollegiya iclasında deyilib.
Bildirilib ki, onların 90,5 %-nin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 15766 cinayət işinin istintaqı tamamlanıb. Bunlardan 1063-ü prokurorluq orqanlarında istintaq edilib.
Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 700, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 11934 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. İbtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilmiş materiallar üzrə ümumilikdə 435 milyon 191 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 59,5 %-nin, yəni 259 milyon 95 min manat hissəsinin ödənilməsinə nail olunub.
Son xəbərlər
Daha çox