• $ 1.7
  • € 2.0401
  • ₽ 0.022295
  • ₺ 0.0392
  • £ 2.3464

Leyla Əliyeva İsveçrədə Qretel Agilar ilə görüşüb

Leyla Əliyeva İsveçrədə Qretel Agilar ilə görüşüb
29.01.2026 21:50

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yanvarın 29-da İsveçrənin Qland şəhərində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) baş direktoru Qretel Agilar ilə görüş keçirib.

Görüşdə Azərbaycan və regionda ətraf mühitin mühafizəsi sahəsində mövcud çağırışlar fonunda beynəlxalq əməkdaşlığın rolu, qlobal və regional səviyyədə əlaqələndirilmiş yanaşmaların əhəmiyyəti, habelə bu istiqamətdə dialoqun möhkəmləndirilməsinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, 2014-cü ildən etibarən IUCN-in tamhüquqlu üzvü olan IDEA İctimai Birliyi təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində beynəlxalq təşəbbüslərdə fəal iştirak edir və bu sahədə əməkdaşlığın genişləndirilməsinə töhfə verir. IUCN-in ötən il Əbu-Dabidə keçirilən Ümumdünya Mühafizə Konqresində təqdim olunmuş birgə pavilyon və bir sıra digər layihələrə toxunan görüş iştirakçıları qazanılan müsbət təcrübəni qeyd edərək, qarşılıqlı əməkdaşlığın uğurla davam edəcəyinə inandıqlarını ifadə ediblər.

Həmçinin görüş çərçivəsində Azərbaycanda IUCN ilə yüksəksəviyyəli regional dialoqun təşkili, beynəlxalq tədbirlər çərçivəsində birgə iştirak, o cümlədən Dünya Şəhərsalma Forumu (WUF13), Ümumdünya Ətraf Mühit Günü və COP31 çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşün yekununda IUCN-in Azərbaycanda ölkə ofisinin açılması istiqamətində fəaliyyətlərin, eləcə də əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini nəzərdə tutan Niyyət Bəyannaməsi imzalanıb.

Tərəflər aparılan müzakirələri IDEA İctimai Birliyi ilə IUCN arasında uzunmüddətli və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi dəyərləndiriblər.

1948-ci ildən etibarən fəaliyyət göstərən IUCN ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, eləcə də dayanıqlı inkişaf sahəsində dünyanın aparıcı beynəlxalq təşkilatlarından biridir. IUCN 1964-cü ildə nəsli kəsilmək təhlükəsi altında olan canlı və bitki növlərinin vəziyyətini əks etdirən Qırmızı Kitabı yaradaraq qlobal səviyyədə ekoloji qiymətləndirmə və qərarvermə proseslərinə mühüm töhfə verib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva İsveçrədə Qretel Agilar ilə görüşüb
Cəmiyyət 21:50
Leyla Əliyeva İsveçrədə Qretel Agilar ilə görüşüb
Goranboyda maşınlar toqquşdu - Xəsarət alanlar var
Cəmiyyət 19:00
Goranboyda maşınlar toqquşdu - Xəsarət alanlar var
Metroda Yaşıl və Qırmızı xətlərdə qatarların qrafik üzrə hərəkəti bərpa olunub - Yenilənib
Cəmiyyət 18:15
Metroda Yaşıl və Qırmızı xətlərdə qatarların qrafik üzrə hərəkəti bərpa olunub - Yenilənib
Bakıda maşın almaq adı ilə gəldiyi evdən oğurluq edən şəxs saxlanıldı
Cəmiyyət 17:54
Bakıda maşın almaq adı ilə gəldiyi evdən oğurluq edən şəxs saxlanıldı
Hesablama Palatası Gənclər və İdman Nazirliyinin fəaliyyətini audit edib
Cəmiyyət 17:26
Hesablama Palatası Gənclər və İdman Nazirliyinin fəaliyyətini audit edib
AmCham: AQTA-nın qida təhlükəsizliyi sertifikatı prosesi sahibkarlar üçün ləngidir
Cəmiyyət 16:44
AmCham: AQTA-nın qida təhlükəsizliyi sertifikatı prosesi sahibkarlar üçün ləngidir
Tərtər rayon prokuroru Əli Qurbanov vəzifəsindən azad edilib
Cəmiyyət 16:36
Tərtər rayon prokuroru Əli Qurbanov vəzifəsindən azad edilib
İKTA ən riskli provayderlərin adını açıqlayıb
Cəmiyyət 15:58
İKTA ən riskli provayderlərin adını açıqlayıb
Nazir LDU tələbələrinə velosiped hədiyyə edib - Fotolar
Cəmiyyət 15:09
Nazir LDU tələbələrinə velosiped hədiyyə edib - Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol