Goranboyda maşınlar toqquşdu - Xəsarət alanlar var

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.
İlkin məlumata görə, “VAZ 21010” markalı maşınla “VAZ 2106” markalı avtomobil toqquşub. Hadisə zamanı 2002-ci il təvəllüdlü Faxralı kənd sakini Eltun Babayev və 1991-ci il təvəllüdlü Nərgiz İsmayılova müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib,vəziyyətləri kafidir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























