Səfir Rəsulzadənin məzarını ziyarət edib
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
Bu barədə səfir social şəbəkə hesabında paylaşım edib.
“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümündə onun məzarını dua və ehtiramla yad etdik. Ruhu şad olsun və məkanı cənnət olsun!”, - səfir qeyd edib