Deputat bu qədər işsizin dövlət üçün risk yarada biləcəyini açıqlayıb/Video
Deputat Fazil Mustafa dövlət sektorunda və bəzi strateji müəssisələrdə baş verən ixtisarların cəmiyyətdə potensial təhlükə yaratdığını bildirib.
O qeyd edib ki, müvafiq dövlət qurumlarında çoxsaylı işçilər ixtisar olunub və eyni zamanda Xəzər Dəniz Gəmiçiliyi və Bakı Metrosunda da ixtisarlar müşahidə edilir.
Mustafa vurğulayıb ki, ixtisar olunan işçilərin həm işlə təmin olunması, həm də müavinət ödənişlərinin təmin olunması vacibdir.
“Metroda çıxarılanlara işə götürəcəkləri vədi verilib, amma reallıqda onlar işlə təmin edilmir. Müavinət verməkdə isə çətinliyimiz var”, — deputat bildirib.
O, bu qədər işsizin cəmiyyətdə yaranmasının dövlətlə vətəndaş arasında gərginliyi artıra biləcəyini, sosial sabitliyi təhlükəyə atdığını vurğulayıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox