Minimum əmək haqqı məsələsinə yenidən baxmaq lazımdır - Əli Məsimli
Azərbaycanda minimum əmək haqqı hazırda 400 manatdır və bu, ölkədəki orta əmək haqqının təxminən 37 faizi təşkil edir. Bunu deputat Əli Məsimli bildirib.
O qeyd edib ki, Azərbaycan qoşulduğu beynəlxalq təşkilatlarda minimum əmək haqqının orta əmək haqqına nisbəti təxminən 60 faiz səviyyəsindədir.
Məsimli vurğulayıb ki, minimum əmək haqqının artırılması məsələsi ildə ən azı bir dəfə nəzərdən keçirilməli və əmək bazarının reallıqlarına uyğun tənzimlənməlidir.
Deputat bildirib ki, belə addımlar sosial ədalətin təmin olunması və əmək bazarında əhalinin rifahının qorunması baxımından vacibdir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox