• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır - Deputat

Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır - Deputat
02.02.2026 15:24

Dünya Bankının “Business Ready” göstəricilərində Azərbaycanın mövqeyinin yaxşılaşması müsbət haldır, lakin reytinqlər iqtisadiyyatı birbaşa formalaşdırmır, əsasən xarici sərmayədarlarda inam yaradır. Bunu Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Deputatın sözlərinə görə, əsas diqqət yerli biznes mühitinin yaxşılaşdırılmasına yönəlməlidir. O qeyd edib ki, hazırda biznes qurmaq istəyən şəxslər ideya inkişaf etdirməkdən daha çox icazələr, razılaşmalar və müxtəlif qurumların paralel tələbləri ilə məşğul olurlar ki, bu da sahibkarların enerjisini istehsal və investisiyadan uzaqlaşdırır.

Nurullayev vurğulayıb ki, məşğulluğun artımında əsas rol dövlətə deyil, biznesə məxsusdur və biznes yalnız sadə, aydın və proqnozlaşdırıla bilən mühitdə inkişaf edə bilər. Onun fikrincə, əmək münasibətlərində şəffaflıq və sosial müdafiə vacib olsa da, mexanizmlərin həddən artıq mürəkkəbliyi işəgötürənləri qeyri-rəsmi fəaliyyətə sövq edə bilər.

Deputat hesab edir ki, islahatların əsas hədəfi biznes sahəsində sənədləşmə sisteminin köklü şəkildə sadələşdirilməsi olmalıdır.

“Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır”, -  o bildirib.

Razi Nurullayevin sözlərinə görə, beynəlxalq reytinqlərdə yüksək bal toplamaq mümkündür, lakin real nəticə yalnız o halda əldə ediləcək ki, ölkədə biznesə başlamağın asan, sərmayə qoymağın təhlükəsiz və yeni iş yerləri yaratmağın cəlbedici olduğu mühit formalaşdırılsın.

Milli Məclis “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edir. 

Qanuna əsasən, əvvəlcə 2026-cı ilə qədər nəzərdə tutulan sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2027-ci ilə qədər uzadılır.

Dəyişikliyə görə, qanun 2026-cı il yanvarın 1-dən tətbiq olunur.

Bu qərar sahibkarların fəaliyyətinin daha stabil və yoxlamalardan azad şəraitdə davam etməsinə şərait yaradacaq.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Bəzi yerlərdə külək güclənəcək -XƏBƏRDARLIQ
Cəmiyyət 16:50
Bəzi yerlərdə külək güclənəcək -XƏBƏRDARLIQ

Böyükşor gölünə tullantı suları axıdanlar barəsində inzibati protokol tərtib edilib
Cəmiyyət 16:42
Böyükşor gölünə tullantı suları axıdanlar barəsində inzibati protokol tərtib edilib
Dağlıq rayonlarda fövqəladə hallara reaksiya üçün çevik mexanizmlər yaradılmalıdır - Deputat
Cəmiyyət 16:15
Dağlıq rayonlarda fövqəladə hallara reaksiya üçün çevik mexanizmlər yaradılmalıdır - Deputat

Xanım sərnişinə əxlaqsız təkliflər edən sürücü həbs edilib
Cəmiyyət 16:12
Xanım sərnişinə əxlaqsız təkliflər edən sürücü həbs edilib
Azərbaycanda onkoloji xəstəliyə tutulan uşaqların sayı 2 dəfə artıb
Cəmiyyət 15:44
Azərbaycanda onkoloji xəstəliyə tutulan uşaqların sayı 2 dəfə artıb
Banklar kibercinayət riskləri barədə vətəndaşları əvvəlcədən məlumatlandırmır - Deputat
Cəmiyyət 15:38
Banklar kibercinayət riskləri barədə vətəndaşları əvvəlcədən məlumatlandırmır - Deputat
ASCO-nun yeni sədri iki departament rəisini işdən çıxarıb
Cəmiyyət 15:28
ASCO-nun yeni sədri iki departament rəisini işdən çıxarıb
Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır - Deputat
Cəmiyyət 15:24
Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır - Deputat
DMA ötən il nə qədər gənci işlə təmin edib? - Statistika
Cəmiyyət 15:03
DMA ötən il nə qədər gənci işlə təmin edib? - Statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol