• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır - Deputat

Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır - Deputat
02.02.2026 15:24

Dünya Bankının “Business Ready” göstəricilərində Azərbaycanın mövqeyinin yaxşılaşması müsbət haldır, lakin reytinqlər iqtisadiyyatı birbaşa formalaşdırmır, əsasən xarici sərmayədarlarda inam yaradır. Bunu Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Deputatın sözlərinə görə, əsas diqqət yerli biznes mühitinin yaxşılaşdırılmasına yönəlməlidir. O qeyd edib ki, hazırda biznes qurmaq istəyən şəxslər ideya inkişaf etdirməkdən daha çox icazələr, razılaşmalar və müxtəlif qurumların paralel tələbləri ilə məşğul olurlar ki, bu da sahibkarların enerjisini istehsal və investisiyadan uzaqlaşdırır.

Nurullayev vurğulayıb ki, məşğulluğun artımında əsas rol dövlətə deyil, biznesə məxsusdur və biznes yalnız sadə, aydın və proqnozlaşdırıla bilən mühitdə inkişaf edə bilər. Onun fikrincə, əmək münasibətlərində şəffaflıq və sosial müdafiə vacib olsa da, mexanizmlərin həddən artıq mürəkkəbliyi işəgötürənləri qeyri-rəsmi fəaliyyətə sövq edə bilər.

Deputat hesab edir ki, islahatların əsas hədəfi biznes sahəsində sənədləşmə sisteminin köklü şəkildə sadələşdirilməsi olmalıdır.

“Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır”, -  o bildirib.

Razi Nurullayevin sözlərinə görə, beynəlxalq reytinqlərdə yüksək bal toplamaq mümkündür, lakin real nəticə yalnız o halda əldə ediləcək ki, ölkədə biznesə başlamağın asan, sərmayə qoymağın təhlükəsiz və yeni iş yerləri yaratmağın cəlbedici olduğu mühit formalaşdırılsın.

Milli Məclis “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edir. 

Qanuna əsasən, əvvəlcə 2026-cı ilə qədər nəzərdə tutulan sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2027-ci ilə qədər uzadılır.

Dəyişikliyə görə, qanun 2026-cı il yanvarın 1-dən tətbiq olunur.

Bu qərar sahibkarların fəaliyyətinin daha stabil və yoxlamalardan azad şəraitdə davam etməsinə şərait yaradacaq.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
Cəmiyyət 14:05
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Cəmiyyət 13:57
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 13:49
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Cəmiyyət 13:07
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Cəmiyyət 12:39
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
Cəmiyyət 12:18
Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
"İkinci əl" avtomobil satışında yeni qaydalar
Cəmiyyət 11:57
"İkinci əl" avtomobil satışında yeni qaydalar
2027-ci ildə pensiyaların 7,5% indeksləşdirilməsi üçün 575,5 milyon manat ayrılacaq
Cəmiyyət 11:28
2027-ci ildə pensiyaların 7,5% indeksləşdirilməsi üçün 575,5 milyon manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol