• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat

Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
05.11.2026 12:52

Azərbaycanda minimum pensiya almaq üçün tələb olunan pensiya kapitalının son beş ildə 28 800 manatdan 46 080 manata yüksəlməsi pensiyanın əlçatanlığını azaldır. Bunu deputat Əli Məsimli Milli Məclisdə 2027-ci ilin büdcə müzakirələrinə münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, bu fərq xüsusilə regionlarda yaşayan insanların minimum pensiya əldə etməsini çətinləşdirir.

Deputat bildirib ki, son beş ildə minimum pensiya cəmi 120 manat artaraq 200 manatdan 320 manata çatıb. Eyni dövrdə minimum pensiya almaq üçün tələb olunan pensiya kapitalı isə 17 280 manat artıb.

“Biri inzibati artım xəttidir, o birisi isə iqtisadi artım xəttidir. Bu isə bilavasitə xüsusilə regionlarda yaşayan insanların minimum pensiya əlçatanlığını azaldır və regionlarda yaşlı nəsil hesabına xeyli dərəcədə yoxsul insanlar formalaşmağa başlayıb. Hesab edirəm ki, bu, kifayət qədər ciddi məsələdir”, - o qeyd edib.

Əli Məsimli problemin aradan qaldırılması üçün ciddi təhlillərin aparılmasını, indeksləşdirmə və digər mexanizmlər vasitəsilə pensiyaların əlçatanlığının artırılmasını vacib sayır.

Deputatın sözlərinə görə, son beş ildə Azərbaycanda pensiyaçıların ümumi sayı 130 min nəfər azalıb, yaşa görə pensiya alanların sayı isə 180 min nəfər artıb.

O bildirib ki, yaşa görə pensiya alanların aldığı 220 manat məbləğində pensiya yaşayış minimumundan aşağıdır. Əli Məsimli bu kateqoriyadan olan şəxslərin pensiyalarının da indeksləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İqtisadiyyat 12:48
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
İqtisadiyyat 12:12
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:01
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
İqtisadiyyat 11:18
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb
İqtisadiyyat 09:51
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
İqtisadiyyat 09:33
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
"Brent" neftinin qiyməti 94 dollardan aşağı enib
İqtisadiyyat 09:27
"Brent" neftinin qiyməti 94 dollardan aşağı enib
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol