• $
  • €
  • ₽
  • ₺
  • £

Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq

Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
05.11.2026 12:12

Azərbaycanda ölkə üzrə yaşayış minimumunun 2030-cu ildə 359 manat olacağı proqnozlaşdırılır. 2027-ci ildə bu göstəricinin 314 manat, 2028-ci ildə 329 manat, 2029-cu ildə isə 344 manat təşkil edəcəyi gözlənilir.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, 2027-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyən edilməsi təklif olunur.

2026-cı ildə ölkə üzrə yaşayış minimumu 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat təşkil edir.

Nazir müavini, həmçinin inflyasiyanın 2027-ci ildə 5,3%, 2028-ci ildə 4,8%, 2029-cu ildə 4,6%, 2030-cu ildə isə 4,3% olacağını proqnozlaşdırıb.

Sahib Ələkbərov qeyri-neft ixracının və ixrac coğrafiyasının genişləndirilməsini, strateji investisiya layihələrinin sürətləndirilməsini, nəqliyyat dəhlizləri boyunca iqtisadi fəallığın artırılmasını və 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının icrasını prioritet istiqamətlər kimi qeyd edib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İqtisadiyyat 12:48
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:01
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
İqtisadiyyat 11:18
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb
İqtisadiyyat 09:51
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
İqtisadiyyat 09:33
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
"Brent" neftinin qiyməti 94 dollardan aşağı enib
İqtisadiyyat 09:27
"Brent" neftinin qiyməti 94 dollardan aşağı enib
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol