• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir

Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
05.11.2026 12:18

Azərbaycan 2026-cı ilin noyabrınadək 900 kiloqram qara kürü ixrac edib. İlin sonunadək bu göstəricinin təxminən iki dəfə artacağı gözlənilir. Bu barədə Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev məlumat verib.

O bildirib ki, Azərbaycanın akvakultura üzrə əsas ixrac potensialı nərə balığı və qara kürü istehsalı ilə bağlıdır. Dövlət Proqramında ixracın iki dəfə artırılması hədəfi müəyyən edilib.

Əliyevin sözlərinə görə, ölkədə nərə yetişdirən təsərrüfatlar getdikcə qapalı su dövriyyəsi (RAS) sistemlərinə keçir. Bu texnologiya temperaturun idarə olunmasına və balıqların yetişdirilməsinin sürətləndirilməsinə imkan verir.

Mərkəzin direktoru qeyd edib ki, hazırda Azərbaycanda akvakultura istehsalı nohur, axar su, qapalı və qismən dövriyyəli su sistemləri, eləcə də qəfəs təsərrüfatları olmaqla dörd model əsasında inkişaf edir.

O, həmçinin forel istehsalının artırılması imkanlarının olduğunu, xüsusilə iri forelə tələbatın hazırda əsasən idxal hesabına ödənildiyini vurğulayıb. Dövlət dəstəyi mexanizmləri ilə növbəti illərdə yerli forel istehsalının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Cəmiyyət 12:39
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
"İkinci əl" avtomobil satışında yeni qaydalar
Cəmiyyət 11:57
"İkinci əl" avtomobil satışında yeni qaydalar
2027-ci ildə pensiyaların 7,5% indeksləşdirilməsi üçün 575,5 milyon manat ayrılacaq
Cəmiyyət 11:28
2027-ci ildə pensiyaların 7,5% indeksləşdirilməsi üçün 575,5 milyon manat ayrılacaq
Azad olunmuş ərazilərdə torpaqların 50 faizi investisiya məqsədilə icarəyə veriləcək
Cəmiyyət 11:27
Azad olunmuş ərazilərdə torpaqların 50 faizi investisiya məqsədilə icarəyə veriləcək
2027-ci ildə 173 min şəxsin işlə təmin olunması proqnozlaşdırılır
Cəmiyyət 11:27
2027-ci ildə 173 min şəxsin işlə təmin olunması proqnozlaşdırılır
İcbari tibbi sığorta fondunun xərcləri 2027-ci ildə 2,98 milyard manata çatacaq
Cəmiyyət 11:21
İcbari tibbi sığorta fondunun xərcləri 2027-ci ildə 2,98 milyard manata çatacaq
2027-ci ildə şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
Cəmiyyət 11:16
2027-ci ildə şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
Azərbaycanda 5 hektardan çox taxıl əkən fermerlərə sertifikatlı toxum tələbi qoyulub
Cəmiyyət 11:10
Azərbaycanda 5 hektardan çox taxıl əkən fermerlərə sertifikatlı toxum tələbi qoyulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol