• $
  • €
  • ₽
  • ₺
  • £

Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb

Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
05.11.2026 14:05

Finlandiyanın Helsinki dairə məhkəməsi Finlandiya körfəzində sualtı kabellərin zədələnməsi işi üzrə yük gəmisi “Fitburg”un iki ekipaj üzvü barəsində hökm çıxarıb.

Yle-nin məlumatına görə, gəminin kapitanı, Rusiya vətəndaşı Andrey Maksimenko 3 il 6 ay, Azərbaycan vətəndaşı olan bosman Vüsal Məcidov isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə hər iki şəxsi ağır zərər vurmaqda təqsirli bilib və onların dərhal həbsə alınmasına qərar verib. Həmçinin təqsirləndirilən şəxslər zərərçəkmiş tərəflərə kabellərin və qaz kəmərinin təmiri, eləcə də zərərin araşdırılması ilə bağlı çəkilən xərcləri birgə ödəməlidirlər.

Hökm hələ qanuni qüvvəyə minməyib və apellyasiya instansiyasında şikayət verilə bilər. Dənizçilərin vəkilləri bildiriblər ki, müdafiə etdikləri şəxslər məhkəmə qərarından narazıdırlar.

“Fitburg” yük gəmisi 2025-ci il dekabrın 31-də Finlandiya körfəzində sualtı telekommunikasiya kabellərinin zədələnməsində şübhəli bilinərək Finlandiya hakimiyyət orqanları tərəfindən saxlanılmışdı. İstintaqın versiyasına görə, gəminin lövbəri dənizin dibi ilə uzun məsafə sürüklənərək iki sualtı kabelə zərər vurub. İş üzrə gəminin bosmanı, Azərbaycan vətəndaşı Vüsal Məcidov, həm də kapitan Andrey Maksimenko ittihamları qəbul etməyiblər.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Cəmiyyət 13:57
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 13:49
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Cəmiyyət 13:07
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Cəmiyyət 12:39
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
Cəmiyyət 12:18
Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
"İkinci əl" avtomobil satışında yeni qaydalar
Cəmiyyət 11:57
"İkinci əl" avtomobil satışında yeni qaydalar
2027-ci ildə pensiyaların 7,5% indeksləşdirilməsi üçün 575,5 milyon manat ayrılacaq
Cəmiyyət 11:28
2027-ci ildə pensiyaların 7,5% indeksləşdirilməsi üçün 575,5 milyon manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol