• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Qamət Sumqayıtdakı qanlı olaydan danışdı: “Onlar radikaldır”

Hacı Qamət Sumqayıtdakı qanlı olaydan danışdı: “Onlar radikaldır”
13.12.2013 13:03
"Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov Sumqayıtda dini qruplaşmalar arasında baş verən atışmaya münasibət bildirib.  ANN.Az-ın məlumatına görə, bu barədə Qamət Süleymanov “qafqazinfo”ya açıqlamasında bildirib. O, Sumqayıtda baş verənlərlə bağlı geniş məlumata sahib olmadığını, lakin bunun hansısa radikal qruplaşmalar arasındakı anlaşılmazlıq olduğunu qeyd edib.“Bildiyimə görə, onlar hansısa təriqətə mənsub olmayıblar. Vəhhabilik deyilən bir şey yoxdur, mətbuat sadəcə olaraq vəhhabi damğasını gündəmdə saxlamağa çalışır. Hər bir şeyi öz adı ilə adlandırmaq lazımdır. Biz hər zaman qeyri-müsəlmanları qınayırıq ki, nə baş verirsə bunun təqsirini müsəlmanlarda görürlər. Baş verən bir şeyi hansısa yola, dinə, əqidəyə mənsub etmək yanlışdır. Müsəlman müsəlmana silah qaldırmaz. Onlar radikaldırlar, hansısa başqa ad vermək lazım deyil”.Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Sumqayıtdakı hadisələrlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, dekabrın 11-də saat 20.30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ektremist təmayüllü "Xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş vermiş, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar. Silahlı münaqişənin iştirakçısı olan 7 nəfər saxlanılıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol