Novxanıda sürət qatarının qarşısına çıxan piyada ölüb
Bakı-Sumqayıt marşrutu üzrə hərəkətdə olan sürət qatarı Novxanı sahəsindən keçən hissədə piyadanı vurub.
"Report" xəbər verir ki, dəmiryolu xəttinə çıxan ortayaşlı kişi qəfil qatar yoluna keçib və nəticədə həyatını itirib.
Hadisədən sonra qatarın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və fakt üzrə araşdırmalara başlanılıb.
Hazırda hadisənin başvermə şəraiti və səbəbləri dəqiqləşdirilir.
Son xəbərlər
Daha çox