• $ 1.7
  • € 2.0243
  • ₽ 0.022016
  • ₺ 0.039
  • £ 2.326

Qənimət Zahid və Fuad Qəhrəmanlı barəsində qiyabi həbs qətimkan tədbiri seçilib

Qənimət Zahid və Fuad Qəhrəmanlı barəsində qiyabi həbs qətimkan tədbiri seçilib
12.02.2026 13:57

"Azadlıq" qezətinin baş redaktoru Qənimət Zayıdov (Qənimət Zahid) və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd edilib.

DTX-nin məlumatında qeyd edilib ki, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparmış, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd etmiş, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşıblar.

Eyni zamanda ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.

Bildirilib ki, cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Səfirliyi: Azərbaycanla texnologiya sahəsində tərəfdaşlığımız artır
Cəmiyyət 14:51
ABŞ Səfirliyi: Azərbaycanla texnologiya sahəsində tərəfdaşlığımız artır
Azərbaycanın xarici ticarət dövriyyəsi 2025-ci ildə 3,2% artıb, real həcmlər azalıb
Cəmiyyət 14:34
Azərbaycanın xarici ticarət dövriyyəsi 2025-ci ildə 3,2% artıb, real həcmlər azalıb
Qənimət Zahid və Fuad Qəhrəmanlı barəsində qiyabi həbs qətimkan tədbiri seçilib
Cəmiyyət 13:57
Qənimət Zahid və Fuad Qəhrəmanlı barəsində qiyabi həbs qətimkan tədbiri seçilib
Əli Kərimli hakimiyyətə gəlib ölkəni KTMT-yə üzv etmək istəyirmiş - Video
Cəmiyyət 13:36
Əli Kərimli hakimiyyətə gəlib ölkəni KTMT-yə üzv etmək istəyirmiş - Video
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:23
Sabahın hava proqnozu açıqlanıb
“Gemini” Azərbaycan dilində istifadəyə verilib
Cəmiyyət 12:14
“Gemini” Azərbaycan dilində istifadəyə verilib
Şahbuza 49 sm qar yağıb –Faktiki hava
Cəmiyyət 11:51
Şahbuza 49 sm qar yağıb –Faktiki hava
Həftəsonu 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək
Cəmiyyət 11:18
Həftəsonu 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək
Pensiya kapitalı inflyasiyaya uyğun 5,6 % artırılıb - Deputat
Cəmiyyət 10:50
Pensiya kapitalı inflyasiyaya uyğun 5,6 % artırılıb - Deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol