• $ 1.7
  • € 2.0167
  • ₽ 0.022015
  • ₺ 0.0389
  • £ 2.314

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb
15.02.2026 13:10

Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti mart ayının 7-ə kimi uzadılıb: “Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq bu ilki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti tərəfimizdən mart ayının 7-dək uzadılıb. Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq”.

Tələb olunan sənədlər:


1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);


2) Şəxsiyyət vəsiqəsinin surəti;


3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);


4) Sağlamlıq haqqında arayış.

Bundan əvvəl sənəd qəbulu üçün son tarix 2026-cı il fevralın 15-i müəyyən edilimişdi.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistraturaya qəbul imtahanı keçirilib - Yenilənib
Cəmiyyət 15:17
Magistraturaya qəbul imtahanı keçirilib - Yenilənib
Duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:16
Duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
Cəmiyyət 15:11
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib
Cəmiyyət 14:09
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib
Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb
Cəmiyyət 13:10
Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb
Sabah 20 dərəcə isti olacaq
Cəmiyyət 12:29
Sabah 20 dərəcə isti olacaq
Qubada məktəbli özünü güllələyərək öldürüb
Cəmiyyət 11:51
Qubada məktəbli özünü güllələyərək öldürüb
Yağış yağıb, külək əsib -FAKTİKİ HAVA
Cəmiyyət 10:45
Yağış yağıb, külək əsib -FAKTİKİ HAVA
Hava limanı istiqamətində hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib
Cəmiyyət 08:54
Hava limanı istiqamətində hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol