• $
  • £

Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza

Beynəlxalq sistemə etimadın azalması multilateralizmin əsas böhranıdır - Espinoza
12.03.2026 17:09

Hazırda dünya multilateralizmin həm təzyiq altında olduğu, həm də qlobal problemlərin həlli üçün əvvəlkindən daha çox zəruri olduğu bir mərhələdədir. Bunu XIII Qlobal Bakı Forumunda çıxış edən BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinosa bildirib. 

Onun sözlərinə görə, əsas paradoks ondan ibarətdir ki, qlobal problemlər artdığı halda, onların idarə olunması üçün mövcud mexanizmlər parçalanmış və zəifdir.

“Multilateralizm əslində çox sadə bir anlayışdır. Bu, ümumi rifah naminə kollektiv fəaliyyət və əməkdaşlıq deməkdir”, – Espinosa qeyd edib.

O vurğulayıb ki, multilateralizmin böhranı yalnız beynəlxalq institutların böhranı deyil, həm də siyasi iradə və liderlik böhranıdır.

“Bizə təkcə daha yaxşı qaydalar deyil, həmin qaydaları tətbiq etməyə və onları qorumağa hazır liderlər lazımdır”, –  o bildirib.

Espinosa çıxışında multilateralizmin gələcəyi üçün üç əsas istiqaməti qeyd edib. Birinci istiqamət “forma funksiyanı izləməlidir” prinsipidir. Onun fikrincə, beynəlxalq sistemdə struktur və institutların forması deyil, onların hansı problemləri həll etməyə xidmət etdiyi əsas olmalıdır.

“80 il əvvəl BMT yaradılarkən əsas məqsəd müharibələrin qarşısını almaq və dünyanı yenidən qurmaq idi. Bu gün isə əsas vəzifə iqlim dəyişikliyi, borc böhranı, bərabərsizlik, texnologiya və münaqişələrin yaratdığı sistemli riskləri idarə etməkdir”, – Espinosa bildirib.

İkinci istiqamət isə beynəlxalq institutların fəaliyyətində effektivlik böhranıdır. O qeyd edib ki, insanlar əməkdaşlıq ideyasını deyil, ləng və real problemlərdən uzaq görünən institutları tənqid edirlər.

“Müharibələrin uzanması, inkişaf fərqlərinin artması və iqlim maliyyəsinin gecikməsi beynəlxalq sistemə olan etimadı zəiflədir”, – o vurğulayıb.

Espinosa əlavə edib ki, bu vəziyyət həm vətəndaşlar, həm hökumətlər, həm də gənc nəsil arasında beynəlxalq institutlara etimadın azalmasına səbəb olur.

Üçüncü əsas məsələ isə qlobal qarşılıqlı asılılığın və ümumi resursların idarə olunmasıdır. O bildirib ki, iqlim sabitliyi, açıq dənizlər, kosmos, qlobal səhiyyə və rəqəmsal sabitlik kimi sahələr artıq yeni idarəetmə yanaşması tələb edir.

Espinosa qeyd edib ki, bu prosesdə yalnız dövlətlər deyil, şəhərlər, regional təşkilatlar, elmi dairələr, vətəndaş cəmiyyəti və biznes strukturları da iştirak etməlidir.

O həmçinin vurğulayıb ki, BMT qlobal idarəetmə sistemində hələ də unikal platformadır.

“BMT hər bir ölkəyə bərabər səs verən yeganə universal platformadır və buna görə də bu təşkilat bu gün əvvəlkindən daha çox vacibdir”, – Espinosa bildirib.

Sonda o qeyd edib ki, beynəlxalq institutlar öz-özünə işləyən mexanizmlər deyil.

“İnstitutlar insanlar tərəfindən yaradılıb və onların daha effektiv işləməsi də insanların siyasi iradəsindən, yaradıcılığından və liderliyindən asılıdır”, –Espinosa əlavə edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Muğanlı-İsmayıllı yolunda ağır qəza - Xəsarət alanlar var
Cəmiyyət 20:50
Muğanlı-İsmayıllı yolunda ağır qəza - Xəsarət alanlar var
Tibbi-meteoroloji proqnoz açıqlandı
Cəmiyyət 18:11
Tibbi-meteoroloji proqnoz açıqlandı
Şirvan kanalından kişi meyiti tapıldı
Cəmiyyət 17:27
Şirvan kanalından kişi meyiti tapıldı
Cəlilabadın 12 kəndində qaz olmayacaq
Cəmiyyət 16:13
Cəlilabadın 12 kəndində qaz olmayacaq
Goranboyda qəza: Bir ton yanacaq yola tökülüb
Cəmiyyət 15:25
Goranboyda qəza: Bir ton yanacaq yola tökülüb
Ucarda yol qəzası olub, xəsarət alanlar var
Cəmiyyət 14:48
Ucarda yol qəzası olub, xəsarət alanlar var
Çimərliyə getmək istəyənlərin nəzərinə
Cəmiyyət 14:08
Çimərliyə getmək istəyənlərin nəzərinə
Bakıda külək əsəcək, rayonlarda leysan yağacaq - Proqnoz
Cəmiyyət 13:32
Bakıda külək əsəcək, rayonlarda leysan yağacaq - Proqnoz
Abbasəli Novruzov vəfat etdi
Cəmiyyət 12:27
Abbasəli Novruzov vəfat etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol