• $
  • £

Vüqar Qurbanov vəzifəsindən azad olunub - Rəsmi

Vüqar Qurbanov vəzifəsindən azad olunub - Rəsmi
16.02.2026 14:36

TƏBİB Vüqar Qurbanovun vəzifədən azad olunmasını təsdiq edib. 

Qurumdan bildirilib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib. 

Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

TƏBİB-in Müşahidə Şurasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyəti sədri Zaur Əliyev, agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, səhiyyə nazirinin müavini İlqar Qasımov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev təmsil olunur. İşdən çıxarılan sədr Vüqar Qurbanov da bu şurada üzv olub. 

***

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib. Bu barədə Bakupost məlumat paylaşıb. 

Sayt yazır ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.

Məsələ ilə bağlı TƏBİB-dən mövqe almaq mümkün olmayıb. 

Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilib. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 3 nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 23:30
Qazaxda 3 nəfər dəm qazından zəhərlənib
Xəzər dənizində zəlzələ qeydə alınıb
Cəmiyyət 23:13
Xəzər dənizində zəlzələ qeydə alınıb
Türkiyədə əyləncə məkanına basqın −Məşhurlar saxlanıldı
Cəmiyyət 22:00
Türkiyədə əyləncə məkanına basqın −Məşhurlar saxlanıldı
Salyanda avtomobillər toqquşub, yaralılar var
Cəmiyyət 21:04
Salyanda avtomobillər toqquşub, yaralılar var
Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi nəzərdən keçirilir
Cəmiyyət 21:00
Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi nəzərdən keçirilir
Mart Ukraynada son yarım ilinən qanlı ayıolub
Cəmiyyət 20:30
Mart Ukraynada son yarım ilinən qanlı ayıolub
Nazir Adil Kərimlidən yeni təyinat
Cəmiyyət 20:00
Nazir Adil Kərimlidən yeni təyinat
Sabunçuda qohumunun evindən 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib
Cəmiyyət 18:30
Sabunçuda qohumunun evindən 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib
Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb
Cəmiyyət 18:00
Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol