• $ 1.7
  • € 2.0167
  • ₽ 0.022015
  • ₺ 0.0389
  • £ 2.314

Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı müzakirə olunub

Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı müzakirə olunub
16.02.2026 17:34

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin (AQTA) yanında qida sektoru üzrə Məşvərət Şurasının üzvlərinin iştirakı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsi keçirilib.

Bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində normativ-hüquqi bazanın, həmçinin qida zəncirinə nəzarət sahəsində infrastruktur təminatının və laborator xidmətlərin təkmilləşdirilməsi, idxal-ixrac, eyni zamanda, elm, təhsil və kadr potensialının gücləndirilməsi yeni Dövlət Proqramının əsas prioritetləri sırasındadır. Bundan başqa, innovativ üsulların tətbiqinin genişləndirilməsi, istehlakçıların sağlam qidalanma vərdişlərinin təşviqi və ictimai nəzarətin gücləndirilməsi proqramın əsas istiqamətlərindəndir.

Müzakirə zamanı Məşvərət Şurasının üzvləri Dövlət Proqramı layihəsi ilə bağlı fikir və təkliflərini səsləndirib, onları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb
Cəmiyyət 18:05
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Cəmiyyət 17:59
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan yanvarda buğda idxalını 50% artırıb
Cəmiyyət 17:48
Azərbaycan yanvarda buğda idxalını 50% artırıb
Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı müzakirə olunub
Cəmiyyət 17:34
Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı müzakirə olunub
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:21
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb
Cəmiyyət 16:13
Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb
Azərbaycanın xam neft ixracı yanvarda kəskin azalıb
Cəmiyyət 15:13
Azərbaycanın xam neft ixracı yanvarda kəskin azalıb
Vüqar Qurbanov vəzifəsindən azad olunub - Rəsmi
Cəmiyyət 14:36
Vüqar Qurbanov vəzifəsindən azad olunub - Rəsmi
Bir həftədə necə hektar ərazi minadan təmizlənib?
Cəmiyyət 14:30
Bir həftədə necə hektar ərazi minadan təmizlənib?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol