Azərbaycan yanvarda buğda idxalını 50% artırıb
Yanvarda ölkə 129 min 933 ton buğda idxal edib. İdxalın dəyəri 28 milyon 871,7 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı həcm baxımından 43 min 278,75 ton (50 %), dəyər baxımından isə 10 milyon 176,3 min ABŞ dolları (54,4 %) artıb.
Hesabat dövründə buğda idxalına çəkilən xərc ölkənin ümumi idxal xərclərinin 2,2 %-ni təşkil edib.
Yanvarda Azərbaycanın xarici ticarət dövriyyəsi 3 milyard 538 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 30,5 % azdır. Ticarət dövriyyəsinin 2 milyard 236 milyon dolları ixracın, 1 milyard 302 milyon dolları idxalın payına düşüb.
Son bir ildə ixrac 26,4 %, idxal isə 36,5 % azalıb. Xarici ticarətdə 934 milyon ABŞ dolları müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,3 % azdır.
Aytac
Son xəbərlər
Daha çox