Bir gündə necə cinayətin üstü açılıb - Statistika
Fevralın 16-da ölkə ərazisində qeydə alınan 31 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Axtarışda olan ümumilikdə 140 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 14 fakt aşkarlanıb.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 30 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
Faktlarla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Gülnar