Eldar Əzizov 3 icra başçısını kəskin tənqid edib
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı rayonu, Qaradağ rayonu və Xəzər rayonu ərazilərində sanitar təmizlik sahəsində vəziyyəti kəskin tənqid edib. Bu barədə Əzizov paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmət rəhbərlərinin iştirakı ilə növbəti müşavirədə deyib.
O bildirib ki, bu rayonların bəzi qəsəbələri ümumşəhər standartlarından geri qalır.
Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan olunub.
Şəhər rəhbəri rayon başçılarına yerlərdə vəziyyətin yaxşılaşdırılması üçün təcili tədbirlərin görülməsini tapşırıb.
Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox