Sosial şəbəkədə saxta kredit elanları verən şəxs saxlanılıb
Sosial şəbəkədə bir neçə bank olmayan kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq saxta elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən 22 yaşlı Hacızeynal Hacıyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu üsulla onun çox sayda vətəndaşı aldadaraq külli miqdarda pul vəsaitini taladığı məlum olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkənlər H.Hacıyevin yaratdığı səhifələrdəki elanlara inanaraq şəxsi və bank kartı məlumatları, eləcə də müxtəlif məbləğlərdə maddi vəsaitləri qarşı tərəfə göndəriblər.
Saxlanılan şəxs pulu ələ keçirdikdən sonra məsuliyyətdən yayınmaq üçün həmin hesabları bloklayıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
Daha çox