• $ 1.7
  • € 2.013
  • ₽ 0.022112
  • ₺ 0.0389
  • £ 2.314

Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər –Yeni qərar

Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər –Yeni qərar
19.02.2026 09:52

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin və Bəhreyn Krallığının ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının 2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək Azərbaycan Respublikasının ərazisinə daxil olması üçün viza tələbi ləğv edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni qaydaların qüvvədə olduğu dövr ərzində müvafiq ölkə vətəndaşları Azərbaycan Respublikasına üç dəfə vizasız gələ və hər girişdə 30 günədək qala bilərlər. Ölkə ərazisinə turizmdən fərqli məqsədlər ilə gəlmək və ya burada uzunmüddət qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.

Həmçinin Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin, Bəhreyn Krallığının və Qətər Dövlətinin aidiyyəti dövlət qurumları tərəfindən rəsmiləşdirilmiş etibarlıq müddəti ən azı 6 ay olan müvəqqəti və ya daimi yaşayış icazələrinə malik üçüncü ölkə vətəndaşları üçün müvafiq müddət çərçivəsində bir girişli 30 günlük turizm məqsədli vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əldə edilməsi imkanı yaradılıb.

Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azərsilah"a məxsus zavodda qəza baş verib
Cəmiyyət 10:51
"Azərsilah"a məxsus zavodda qəza baş verib
Bir gündə 81 cinayətin üstü açılıb
Cəmiyyət 10:33
Bir gündə 81 cinayətin üstü açılıb
Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır
Cəmiyyət 10:14
Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır
Ərəstun Oruclu qiyabi olaraq 8 il azadlıqdan məhrum edilib
Cəmiyyət 10:09
Ərəstun Oruclu qiyabi olaraq 8 il azadlıqdan məhrum edilib
Bazarstore”da Ramazan endirimləri başladı
Cəmiyyət 10:04
Bazarstore”da Ramazan endirimləri başladı
"Bitcoin"in qiyməti düşüb
Cəmiyyət 10:02
"Bitcoin"in qiyməti düşüb
Polis valideynlərə çağırış edib -VİDEO
Cəmiyyət 10:00
Polis valideynlərə çağırış edib -VİDEO
Şüvəlanda işıq olmayacaq
Cəmiyyət 09:54
Şüvəlanda işıq olmayacaq
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər –Yeni qərar
Cəmiyyət 09:52
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər –Yeni qərar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol