• $ 1.7
  • € 2.013
  • ₽ 0.022112
  • ₺ 0.0389
  • £ 2.314

Polis valideynlərə çağırış edib -VİDEO

Polis valideynlərə çağırış edib -VİDEO
19.02.2026 10:00

Azərbaycan Daxili İşlər Nazirliyi uşaqlara qarşı ailə-məişət zorakılığı da daxil olmaqla cinayətlərin qarşısının alınması məqsədilə aidiyyəti qurumlarla birgə profilaktik tədbirləri davam etdirir.

Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, valideynlərin azyaşlıların sağlamlığına və davranışına nəzarəti həm hüquqi, həm də mənəvi öhdəlikdir. Uşaqların nəzarətsiz qalması fiziki təhlükələr, zərərli mühit və cinayət riskləri ilə üzləşmələrinə səbəb ola bilər.

Qurum qeyd edib ki, müasir dövrdə risklər yalnız fiziki mühitlə məhdudlaşmır, sosial şəbəkələr və rəqəmsal platformalar da valideyn nəzarətini zəruri edir.

Məlumata görə, polis əməkdaşları maarifləndirici söhbətlər, tövsiyələr və preventiv tədbirlər vasitəsilə uşaqların hüquqlarının qorunmasını təmin etməyə çalışır. Məqsədin cəzalandırmaq deyil, risklərin qarşısını almaq olduğu vurğulanıb.

Nazirlik valideynləri övladlarının gündəlik fəaliyyəti və rəqəmsal mühitdə davranışına diqqət yetirməyə, məktəb və ictimai mühitlə əlaqəni gücləndirməyə çağırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman Sumqayıtda iki uşaq internatında ciddi nöqsanlar aşkarlayıb
Cəmiyyət 11:10
Ombudsman Sumqayıtda iki uşaq internatında ciddi nöqsanlar aşkarlayıb
"Azərsilah"a məxsus zavodda qəza baş verib
Cəmiyyət 10:51
"Azərsilah"a məxsus zavodda qəza baş verib
Bir gündə 81 cinayətin üstü açılıb
Cəmiyyət 10:33
Bir gündə 81 cinayətin üstü açılıb
Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır
Cəmiyyət 10:14
Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır
Ərəstun Oruclu qiyabi olaraq 8 il azadlıqdan məhrum edilib
Cəmiyyət 10:09
Ərəstun Oruclu qiyabi olaraq 8 il azadlıqdan məhrum edilib
Bazarstore”da Ramazan endirimləri başladı
Cəmiyyət 10:04
Bazarstore”da Ramazan endirimləri başladı
"Bitcoin"in qiyməti düşüb
Cəmiyyət 10:02
"Bitcoin"in qiyməti düşüb
Polis valideynlərə çağırış edib -VİDEO
Cəmiyyət 10:00
Polis valideynlərə çağırış edib -VİDEO
Şüvəlanda işıq olmayacaq
Cəmiyyət 09:54
Şüvəlanda işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol