Səbail rayonunda 5000 manatlıq oğurluq baş verib, şübhəli saxlanılıb
Səbail rayonunda baş verən oğurluq hadisəsində 5000 manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. Zərərçəkən dərhal polisə müraciət edib. Bu barərdə Qafqazinfo məlumat verib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 47 yaşlı S.Abbasova saxlanılıb. Araşdırmalar göstərib ki, o, rəfiqəsi ilə restoranda nahar zamanı zərərçəkənin qızıl-zinət əşyalarını çantasına qoyduğunu görərək, diqqətini yayındırıb və oğurluğu törədib.
Hadisədən sonra S.Abbasova rəfiqəsindən taladığı əşyaları zərgərlik mağazasına satıb və eyni zamanda polisə yanlış məlumat verərək 300 dollar oğurlandığını iddia edib.
Faktla bağlı araşdırma davam etdirilir.