Silah və strateji materialların ixracına nəzarət Nazirlər Kabinetindən alınacaq
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Müdafiə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, hazırda qüvvədə olan qanunvericiliyə görə, Nazirlər Kabineti silahların və strateji materialların ixracı üzərində nəzarəti həyata keçirir.
Qanun layihəsi bu səlahiyyətin Nazirlər Kabinetindən alınaraq digər orqana verilməsini nəzərdə tutur.