• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Səməd Vurğunun 120 illiyi qeyd olunacaq - Sərəncam

Səməd Vurğunun 120 illiyi qeyd olunacaq - Sərəncam
23.02.2026 11:32

Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sənəddə deyilir:

"2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.

Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş "Azərbaycan" şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir.

Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi AMEA və aidiyyəti qurumlarla birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Səməd Vurğunun 120 illiyinə dair tədbirlər planı hazırlayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası təsdiqlənib
Cəmiyyət 12:26
BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası təsdiqlənib
Palandökendə möhtəşəm qayıdış: Erzurum FIS Snoubord Dünya Kubokuna ev sahibliyi edəcək
Cəmiyyət 12:01
Palandökendə möhtəşəm qayıdış: Erzurum FIS Snoubord Dünya Kubokuna ev sahibliyi edəcək
Bundan sonra vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım ala biləcəklər
Cəmiyyət 11:35
Bundan sonra vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım ala biləcəklər
Səməd Vurğunun 120 illiyi qeyd olunacaq - Sərəncam
Cəmiyyət 11:32
Səməd Vurğunun 120 illiyi qeyd olunacaq - Sərəncam
Silah və strateji materialların ixracına nəzarət Nazirlər Kabinetindən alınacaq
Cəmiyyət 11:28
Silah və strateji materialların ixracına nəzarət Nazirlər Kabinetindən alınacaq
Xaçmazda batağan quşlarının kütləvi ölümü qeydə alınıb
Cəmiyyət 10:48
Xaçmazda batağan quşlarının kütləvi ölümü qeydə alınıb
Balakənin sabiq icra başçısının həbs müddəti 3 ay uzadılıb
Cəmiyyət 10:29
Balakənin sabiq icra başçısının həbs müddəti 3 ay uzadılıb
Həftəsonu 116 cinayətin üstü açılıb
Cəmiyyət 10:22
Həftəsonu 116 cinayətin üstü açılıb
Peyvənddən şoka düşən körpə ölüb
Cəmiyyət 10:13
Peyvənddən şoka düşən körpə ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol