Milli Məclis Keniya, Qambiya, Laos və Maldivlə parlamentlərarası işçi qrupları yaradıb
Milli Məclisin bugünkü plenar iclasında parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarının yaradılması barədə qərar layihəsi qəbul edilib.
Qərara əsasən, Azərbaycan-Keniya, Azərbaycan-Qambiya, Azərbaycan-Laos və Azərbaycan-Maldiv parlamentləri ilə işçi qrupları formalaşdırılıb.
Yeni təyinatlara görə, Azərbaycan-Keniya işçi qrupuna deputat Ramid Namazov, Azərbaycan-Qambiya işçi qrupuna deputat Eyvaz Qurbanov, Azərbaycan-Laos işçi qrupuna Gülşən Paşayeva, Azərbaycan-Maldiv işçi qrupuna isə deputat Azər Allahverənov rəhbərlik edəcək.
Bundan əlavə, Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Vasif Qafarov təyin olunub. Qeyd edək ki, həmin qrupun əvvəlki rəhbəri Ramil Həsən idi; onun deputat səlahiyyətlərinə 2025-ci il oktyabrın 15-də xitam verilib.