• $
  • £

Qarabağa köçən insanlar bir müddət sonra geri qayıtmağa məcbur olur - Deputat

Qarabağa köçən insanlar bir müddət sonra geri qayıtmağa məcbur olur - Deputat
24.02.2026 11:21

 Deputat Razi Nurullayev işğaldan azad olunmuş ərazilərin bərpasında bütün maliyyə yükünün dövlət tərəfindən qarşılanmasının uzunmüddətli və dayanıqlı model olmadığını bildirib. Bu barədə deputat Milli Məclisin fevralın 24-də keçirilən iclasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, hazırda köçürülən əhali üçün ev, infrastruktur və kommunal xidmətlər əsasən dövlət hesabına təmin edilir, lakin iş yerlərinin azlığı və iqtisadi həyatın zəif formalaşması səbəbindən bəzi sakinlər sonradan geri qayıdır.

"Köçən insanların bir hissəsi bir müddət sonra geri qayıdır. Səbəb sadədir: iş yeri azdır, dolanışıq zəif, iqtisadi həyat formalaşmayıb. Dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Dövlət yol çəksin, su, işıq, qaz, internet, məktəb, xəstəxana yaratsın. Amma evlərin tikintisi mərhələli şəkildə, dövlətin nəzarəti və güzəştli mexanizmləri ilə vətəndaşın özünə verilsin. Köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır. Tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, dolanışıq yolu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək", - deputat bildirib. 

Deputat hesab edir ki, dövlət əsasən infrastruktur yaratmalı, yaşayış evlərinin tikintisi isə güzəştli mexanizmlərlə və vətəndaşların iştirakı ilə mərhələli şəkildə həyata keçirilməlidir. Bu modelin həm sosial baxımdan daha effektiv, həm də büdcə üçün daha sərfəli olacağı vurğulanıb.

Nurullayev həmçinin bildirib ki, bölgənin bərpası yalnız dövlət layihələri ilə mümkün deyil və ərazi real şəkildə özəl sektora açılmalı, kiçik və orta sahibkarlıq üçün daha əlverişli şərtlər yaradılmalıdır.

Deputat əlavə edib ki, kəndlərin vahid model üzrə qurulması əvəzinə, yaşayış məntəqələri funksional zonalara bölünməli, kənd təsərrüfatı ilə məşğul olmayanlar üçün qəsəbə tipli alternativ yaşayış mühitləri formalaşdırılmalıdır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə qəza olub, xəsarət alanlar var
Cəmiyyət 21:15
Bərdədə qəza olub, xəsarət alanlar var
8 marşrutun hərəkət istiqaməti dəyişdi
Cəmiyyət 19:58
8 marşrutun hərəkət istiqaməti dəyişdi
Direktor vəzifəsinə işə qəbul üzrə elektron qeydiyyat başlayır
Cəmiyyət 19:47
Direktor vəzifəsinə işə qəbul üzrə elektron qeydiyyat başlayır
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 18:20
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
700-ə yaxın şəxs ali məktəblərə imtahansız qəbul olmaq hüququ qazanıb
Cəmiyyət 17:45
700-ə yaxın şəxs ali məktəblərə imtahansız qəbul olmaq hüququ qazanıb
Gürcüstanda azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb
Cəmiyyət 17:40
Gürcüstanda azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb
Qazaxıstanda saxlanılan azərbaycanlı narkotik qaçaqmalçılığı şübhəlisi ölkəyə ekstradisiya edilib
Cəmiyyət 17:00
Qazaxıstanda saxlanılan azərbaycanlı narkotik qaçaqmalçılığı şübhəlisi ölkəyə ekstradisiya edilib
Şagirdlərin elektron yerdəyişməsi başlayır
Cəmiyyət 16:53
Şagirdlərin elektron yerdəyişməsi başlayır
Azərbaycanda hər üç pensiyaçıdan ikisi yaşa görə pensiya alır
Cəmiyyət 16:05
Azərbaycanda hər üç pensiyaçıdan ikisi yaşa görə pensiya alır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol