Süni intellektlə bağlı məlumat oğurluqları cəzaların sərtləşdirilməsini tələb edir - Deputat
Son illər süni intellektin geniş tətbiqi ilə bir çox şəxslərin şəxsi məlumatları oğurlanır və onlardan şantaj məqsədilə istifadə olunur. Bunu deputat Qüdrət Həsənquliyev bildirib.
O vurğulayıb ki, normativ-hüquqi bazada ciddi boşluqlar mövcuddur və cinayətlərin artımı fonunda cəzaların sərtləşdirilməsi zəruridir.
“Cinayətlərin artımında ciddi yüksəliş olursa, cəzaları sərtləşdirmək vacibdir. Bu səbəbdən cəzalara yenidən baxmaq lazımdır”, - deputat deyib.
Deputat hesab edir ki, məlumat təhlükəsizliyinin qorunması və vətəndaşların hüquqlarının təmin olunması üçün qanunvericilikdə dəyişikliklər zəruridir.
Gülnar Nazimqızı