Qarabağda hər kəs öz istədiyi formada ev tikməməlidir - Siyavuş Novruzov
İşğaldan azad olunmuş Qarabağ bölgəsində özəl sektor aktiv şəkildə fəaliyyət göstərir və tenderlərin qalibləri bölgədə iş yerləri yaradır. Bunu deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, çoxlu sayda sakin artıq işlə təmin olunub.
Novruzov qeyd edib ki, vətəndaşlar istədikləri şəkildə ev tikməməlidirlər.
Bugün iclasda deputat Razi Nurullayev əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin bərpasında bütün maliyyə yükünün dövlət tərəfindən qarşılanması uzunmüddətli və dayanıqlı model deyil. Nurullayev vurğulayıb ki, bölgəyə köçən insanların bir hissəsi bir müddət sonra geri qayıtmağa məcbur olur.
“Burada Qarabağa köçən vətəndaşların geri qayıtması ilə bağlı fikirlər səsləndi. Bu deyilənlər doğru deyil. Qarabağda hər kəs öz istədiyi formada ev tikməməlidir. Bunu qiymətləndirmək vacibdir. Dünyanın heç bir yerində dövlət vətəndaşına pulsuz ev tikib vermir”,- deputat bildirib.
Razi Nurullayev bu çıxışına görə həmkarına "təşəkkür" edib.
Gülnar Nazimqızı
Gülnar Nazimqızı