• $ 1.7
  • € 2.0096
  • ₽ 0.022138
  • ₺ 0.0388
  • £ 2.2983

2020-ci ildə Azərbaycanda fiber-optik internetin əhatəsi cəmi 9% olub

2020-ci ildə Azərbaycanda fiber-optik internetin əhatəsi cəmi 9% olub
25.02.2026 10:56

2020-ci ildə Azərbaycan üzrə internet infrastrukturu sahəsində ciddi rəqəmsal fərqlər mövcud olub, fiber-optik internetin əhatə dairəsi isə cəmi 9% təşkil edib. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin statistika şöbəsinin müdiri Samir Orucov təlimdə çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, həmin dövrdə fiber şəbəkəyə çıxışı olan ünvanların sayı 227 min olub, bazarda isə əsasən köhnə ADSL/DSL texnologiyaları üstünlük təşkil edib. Ölkədə 150-dən çox internet provayderi fəaliyyət göstərib.

Məlumatlar şəhər və kənd yerləri arasında əhəmiyyətli fərqi də göstərir. 2020-ci ildə şəhərlərdə internetə çıxış səviyyəsi 76% olduğu halda, kənd yerlərində bu göstərici 46% olub. Beləliklə, fərq təxminən 30 faiz bəndi təşkil edib. Həmin dövrdə kənd əhalisinin payı 45,5% olub.

O bildirib ki,  2020-ci ildə orta endirmə sürəti 15,5 Mbps, yükləmə sürəti isə 11,1 Mbps səviyyəsində qeydə alınıb.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Cəmiyyət 12:15
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Bill Geyts Ceffri Epşteynlə əlaqələrini “böyük səhv” adlandırıb
Cəmiyyət 12:08
Bill Geyts Ceffri Epşteynlə əlaqələrini “böyük səhv” adlandırıb
Azərbaycanda internet provayderləri üçün minimum sürət həddi tətbiq olunacaq
Cəmiyyət 12:01
Azərbaycanda internet provayderləri üçün minimum sürət həddi tətbiq olunacaq
İlham Əliyev Lənkəranda açılış edib
Cəmiyyət 11:58
İlham Əliyev Lənkəranda açılış edib

Bakıya yağış, rayonlara qar yağıb- FAKTİKİ HAVA
Cəmiyyət 11:48
Bakıya yağış, rayonlara qar yağıb- FAKTİKİ HAVA
Azərbaycanda könüllü sığorta 3% azalıb
Cəmiyyət 11:33
Azərbaycanda könüllü sığorta 3% azalıb
Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edilib
Cəmiyyət 11:32
Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edilib
Lənkəranda 7 kəndi birləşdirən yolda sürüşmə olub
Cəmiyyət 11:16
Lənkəranda 7 kəndi birləşdirən yolda sürüşmə olub
Azərbaycanda internet trafiki 7 terabiti ötüb, əlçatanlıq 90%-ə çatıb
Cəmiyyət 11:03
Azərbaycanda internet trafiki 7 terabiti ötüb, əlçatanlıq 90%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol