Azərbaycanda interetlə bağlı şikayət edənlərin sayı 12 minə çatır
Azərbaycanda e-şikayət platformasına şikayət edənlərin ümumi sayı 11 970-ə çatıb.
Məlumata əsasən, şikayətlərin aylıq dinamikasında 2024-cü ilin ikinci yarısından etibarən artım müşahidə olunub. 2024-cü ilin avqust-oktyabr aylarında göstərici 598-647 intervalında dəyişib. 2025-ci ildə isə bəzi aylarda şikayətlərin sayı 668-ə qədər yüksəlib.
2026-cı ilin yanvarında 614, fevralında isə 635 şikayət qeydə alınıb ki, bu da əvvəlki dövrlərlə müqayisədə yüksək səviyyənin davam etdiyini göstərir.
Siyahıda mobil operatorlar, “Azeronline LTD” BM və “Uninet” MMC kimi şirkətlərlə bağlı müraciətlər də yer alıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox