Cenevrədə İranla bağlı danışıqlar başa çatıb - Yenilənib
ABŞ və İran arasında danışıqların növbəti raundu başa çatıb.Bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X"dəki hesabında məlumat yayıb.
Onun sözlərinə görə, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub: "Müvafiq paytaxtlarda məsləhətləşmələrdən sonra tezliklə danışıqlara davam edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək".
Bədr əl-Busaidi paylaşımının sonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) və ev sahibliyinə görə İsveçrəyə təşəkkür edib.
***
Cenevrədə İranla ABŞ arasında dolayı nüvə danışıqları başlayıb. Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la danışıqların üçüncü raundunda iştirak etmək üçün Omanın Cenevrədəki səfirliyinə gedib.
Görüş İranın nüvə sənədinə həsr olunub.