Emin Əmrullayev Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Fevralın 26-da elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamas Torma ilə görüşüb.Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüş çərçivəsində Macarıstan ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.