• $ 1.7
  • € 2.0051
  • ₽ 0.022274
  • ₺ 0.0388
  • £ 2.2977

İqtisadi Şuranın iclası keçirilib

İqtisadi Şuranın iclası keçirilib
26.02.2026 18:02

Fevralın 26-da İqtisadi Şuranın iclası keçirilib.

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “Məhkəmə və hüquq” sahəsinə və “Dövlət satınalma prosedurları” sahəsinə dair sahibkarların qaldırdığı aktual məsələlər ətraflı müzakirə olunub.  

Gündəlikdə olan məsələlər üzrə Prezidentin köməkçisi, İşçi Qrupun rəhbəri Natiq Əmirovun və Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədovun məruzələri dinlənilib.

İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və dəvət olunanlar Ali Məhkəməsinin sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxış ediblər.

Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
KMBİ tələbələrin fotolarını yayan şəxsi saxlayıb
Cəmiyyət 21:33
KMBİ tələbələrin fotolarını yayan şəxsi saxlayıb
Marketlərdən oğurluq edən şəxslər saxlanılıb
Cəmiyyət 20:51
Marketlərdən oğurluq edən şəxslər saxlanılıb
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Cəmiyyət 20:01
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Leyla Əliyeva Vətən müharibəsi qazisi Rəvan Əzizovla görüşüb
Cəmiyyət 18:47
Leyla Əliyeva Vətən müharibəsi qazisi Rəvan Əzizovla görüşüb
Emin Əmrullayev Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Cəmiyyət 18:17
Emin Əmrullayev Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 18:08
Küləklə bağlı - Xəbərdarlıq
İqtisadi Şuranın iclası keçirilib
Cəmiyyət 18:02
İqtisadi Şuranın iclası keçirilib
Apteklərdə yoxlama aparılıb, nöqsanlar aşkar edilib
Cəmiyyət 17:42
Apteklərdə yoxlama aparılıb, nöqsanlar aşkar edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 17:36
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol