Bakıda maşın qatarla toqquşub - Video
Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində yol-nəqliyyat qəzası barədə məlumat daxil olub. Qəza zamanı avtomobildə sıxılmış vətəndaşın xilas edilməsi üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
FHN bildirib ki, “Ford” markalı yük avtomobili hərəkətdə olan qatara çırpılıb. Nəticədə sürücü, 1981-ci il təvəllüdlü Soltanov Rövşən Ədalət oğlu, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmışdı.
Xilasedicilər onu xüsusi xilasetmə vasitələri ilə çıxararaq təcil tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Daha çox