Son iki gündə 90 cinayətin üstü açılıb - DİN
Fevralın 28-i və martın 1-i ölkə ərazisində polis əməkdaşları tərəfindən 73 yeni cinayət və əvvəlki dövrlərdən bağlı qalan 17 cinayət açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Ümumilikdə 117 nəfər axtarışda olan şəxs, o cümlədən 74 borclu şəxs, saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyatlar nəticəsində 44 fakt narkotiklərlə, 17 fakt qanunsuz silah-sursat saxlanması və aşkarlanması ilə bağlı qeydə alınıb. Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
Polis bütün hallarda müvafiq tədbirlər görüb və şübhəlilər aidiyyəti orqanlara təhvil verilib.
Gülnar Nazimqızı