“Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir işlərinin 210 metrlik hissəsi tamamlanıb
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən infrastrukturun yenilənməsi və təhlükəsizlik standartlarının artırılması məqsədilə “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinin 210 metrlik hissəsi yekunlaşdırılıb. Bu barədə qurumdan bildirilib.
Dalan yolları qatarların çevik idarəsini, qısa intervallarla hərəkətini və texniki xidmətini təmin edən çoxfunksiyalı infrastruktur sahəsidir. Təmir işləri 280 metrə yaxın sahədə 3 mərhələdə həyata keçirilib; yan divarlar və döşəmədə məhlulvurma, tavan hissədə izolyasiya işləri əsasən tamamlanıb.
İnfrastruktur layihəsi çərçivəsində drenaj xətləri çəkilir, apreldən isə kommunikasiya xətləri, yol dəyişdirici qurğular və müasir sistemlər – elektrik, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi – quraşdırılacaq. İşlərin 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır.
Gülnar