Azərbaycanda yeniyetmərə qarşı törədilən cinayətlərin sayı artıb
2025-ci il qadınlara qarşı törədilmiş cinayətlərin sayı 3,5 faiz azalıb, yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərin sayı isə 21,6 faiz artıb. Bu barədə Dövlət Statisika Komitəsindən bildirilib.
Ötən il 21195 nəfər zərərçəkən qeydə alınıb, onların 1413 nəfəri (6,7%) məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərər görüb. Məişət zorakılığı qurbanlarının 83,2 faizi qadın, 1,1 faizi isə yetkinlik yaşına çatmayanlar olub.
Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 22,4 faiz artaraq 60 nəfər təşkil edib, onlardan 40-ı qadındır.
Gülnar Nazimqızı