Səbinə Əliyeva: Təhsil müəssisələrində qida təhlükəsizliyinə nəzarət gücləndirilməlidir
Milli Məclisdə çıxışı zamanı Ombudsman Səbinə Əliyeva insan həyatı və sağlamlığı üçün xüsusi əhəmiyyət daşıdığını nəzərə alaraq, təhsil müəssisələrində qidanın keyfiyyəti və təhlükəsizliyi məsələsinə diqqətin artırılmasını təklif edib.
Onun sözlərinə görə, məktəbəqədər, orta və ali təhsil müəssisələrində qidanın keyfiyyəti, təhlükəsizliyi və rasionuna nəzarət gücləndirilməli, yetkinlik yaşına çatmayanlar üçün qadağan olunan və ya məqsədəmüvafiq hesab edilməyən qida məhsullarının satışına nəzarət sərtləşdirilməlidir.
Bundan əvvəl deputat Hikmət Babaoğlu Milli Məclisdə təklif edib ki, səhiyyə təşkilatları və Qida Təhlükəsizliyi Agentliyi məktəblərdə bufetlər üçün uşaqların sağlamlığına uyğun menyular hazırlamalıdır.
Gülnar Nazimqızı