• $
  • £

Ombudsman “Məktəbli avtobusları” xidmətinin ödənişinə yenidən baxılmasını təklif edib

Ombudsman “Məktəbli avtobusları” xidmətinin ödənişinə yenidən baxılmasını təklif edib
03.03.2026 11:37

Azərbaycan Ombudsmanı Milli Məclisdə çıxışı zamanı şagirdlərin təhsil müəssisələrinə gediş-gəlişinin asanlaşdırılması məqsədilə Bakıda tətbiq olunan “Məktəbli avtobusları” pilot layihəsinin genişləndirilməsi fonunda xidmət haqqına yenidən baxılmasını təklif edib.

Təklifə əsasən, növbəti tədris ilindən layihənin daha geniş tətbiqi planlaşdırıldığı nəzərə alınaraq, xidmətlə bağlı ödəniş məbləği ölkə üzrə yaşayış minimumu göstəricisi əsas götürülməklə yenidən müəyyən edilməlidir.

Ombudsman hesab edir ki, bu addım ailələrin sosial yükünün azaldılmasına və təhsilə əlçatanlığın artırılmasına töhfə verə bilər.

Oktyabrın 1-dən etibarən Bakıda məktəblilərin daşınması məqsədilə həyata keçirilən “2school” layihəsinin icrasına başlanılıb. Pilot mərhələdə layihə 8 dövlət və 3 özəl məktəb olmaqla ümumilikdə 11 təhsil müəssisəsini əhatə edir.

Layihə çərçivəsində şagirdlərin məktəbə və evə rahat və təhlükəsiz şəkildə daşınması nəzərdə tutulur. Daşıma xidməti aylıq abunəlik əsasında təşkil olunur və qiymətlər məsafəyə görə dəyişir. İlkin mərhələdə abunə haqqı 100 manatdan başlayır. Təxminən 10 km məsafə üçün ödəniş məbləği 2 tərəfli 240 manat təşkil edir. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın müdafiə sazişini alqışlayıb
Cəmiyyət 10:12
Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın müdafiə sazişini alqışlayıb
FHN: ötən həftə 685 yanğına çıxış olub
Cəmiyyət 10:05
FHN: ötən həftə 685 yanğına çıxış olub
Naxçıvanın bəzi yerlərində qaz kəsiləcək
Cəmiyyət 09:58
Naxçıvanın bəzi yerlərində qaz kəsiləcək
Narkotikin təsiri altında maşın sürdü - həbs olundu
Cəmiyyət 09:34
Narkotikin təsiri altında maşın sürdü - həbs olundu
İmişlidə şin partlayıb, xəsarət alan var
Cəmiyyət 00:10
İmişlidə şin partlayıb, xəsarət alan var
Muğanlı-İsmayıllı yolunda ağır qəza - Xəsarət alanlar var
Cəmiyyət 20:50
Muğanlı-İsmayıllı yolunda ağır qəza - Xəsarət alanlar var
Tibbi-meteoroloji proqnoz açıqlandı
Cəmiyyət 18:11
Tibbi-meteoroloji proqnoz açıqlandı
Şirvan kanalından kişi meyiti tapıldı
Cəmiyyət 17:27
Şirvan kanalından kişi meyiti tapıldı
Cəlilabadın 12 kəndində qaz olmayacaq
Cəmiyyət 16:13
Cəlilabadın 12 kəndində qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol