Ombudsman işsizliklə bağlı agentliyə bir sıra təkliflər verib
Ombudsman Səbinə Əliyeva özünüməşğulluq proqramında gecikmələrin aradan qaldırılması və prosedurun şəffaflaşdırılması üçün dəyişikliklər təklif edib.
O bildirib ki, Dövlət Məşğulluq Agentliyinin yerli komissiyasının qərarlarının işsiz və işaxtaran şəxsin elektron kabinetinə, poçt ünvanına və SMS-lə göndərildiyi tarixdən əmlakın verilməsi barədə müqavilənin bağlanmasına qədər müddət dəqiqləşdirilməlidir.
Əliyeva həmçinin qeyd edib ki, özünüməşğulluq prosesi başa çatanadək işsiz şəxslərin digər məşğulluq formalarından və ünvanlı dövlət sosial yardımından yararlanması ilə bağlı məhdudiyyətlər aradan qaldırılmalıdır.
Ombudsman, həmçinin gecikmə və süründürməçilik hallarının qarşısını almaq üçün biznes-planların hazırlanması və təlimlərin keçirilmə müddətlərinin Qaydaya dəqiq daxil edilməsini təklif edib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox