BƏƏ-dən Azərbaycan vətəndaşlarının növbəti təxliyəsi həyata keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdəki münaqişə ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi və Dubay şəhərlərində qalmış vətəndaşlar Azərbaycana təxliyə olunub.
Diplomatik nümayəndəliklərin səyləri nəticəsində geri qayıtmaq istəyən vətəndaşların siyahısı tərtib edilib. Daha sonra onlar Omandakı səfirlik vasitəsilə Oman hava limanına çatdırılıb və Azərbaycan Hava Yollarının xüsusi reysi ilə ölkəyə gətirilib.
Qeyd edilən reysdə 195 Azərbaycan vətəndaşı, 1 Türkiyə vətəndaşı və 2 Azərbaycanda yaşayış icazəsi olan xarici vətəndaş iştirak edib.
Rəsmi məlumatda vurğulanıb ki, regiondakı vəziyyət diqqətlə izlənilir və vətəndaşların təhlükəsizliyi prioritet olaraq qalır.