İstismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Müdafiə Nazirliyinin məlumatına görə, istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla 10-13 mart tarixlərində məhv ediləcək.
Tədbir Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.
Nazirlik əhaliyə müraciət edərək bildirib ki, partlayış səsləri ilə əlaqədar təşvişə düşməyə ehtiyac yoxdur və narahatlıq üçün heç bir əsas yoxdur.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























