Nə üçün sitrus meyvələri hələ də Avropa bazarlarına çıxmır? - Deputat
Azərbaycanda sitrus meyvələrinin Avropa bazarına çıxarılması hələ nəzərdə tutulmur. Bunu deputat Zaur Şükürov bildirib.
O qeyd edib ki, rayonlarda bu meyvələr çox vaxt ağaclarda qalır, bazara çıxarmaq üçün fermerlərin şəraiti yetərli deyil.
Şükürov əlavə edib ki, Azpromo görüşlərində bu məsələ müzakirə olunub və Avropa rəsmiləri bildiriblər ki, meyvələrin Avropa standartlarına uyğun gəlməməsi səbəbindən ixrac hələ mümkün deyil.
Deputat vurğulayıb ki, bu məsələlər hələ də fermerlərin ixrac imkanlarını məhdudlaşdırır.
Gülnar Nazimqızı