Şərqi Timorun iqtisadiyyatı inkişaf edir, Yaponiya əsas investor olaraq qalır —Prezident
Şərqi Timorun iqtisadiyyatı yaxşı inkişaf edir. Bunu Şərqi Timor Prezidenti Joze Ramos-Horta XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkəyə, xüsusilə, Yaponiyadan iri həcmdə investisiyalar cəlb olunur və hazırda ən böyük investor da məhz Yaponiyadır.
Prezident qeyd edib ki, İndoneziya, Sinqapur, Malayziya, Çin və Cənubi Koreya da Şərqi Timora sərmayə yatırır. Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələr də getdikcə genişlənir.
Joze Ramos-Horta bildirib ki, Şərqi Timor 2029-cu ildə Asiyaya sədrlik edəcək.
“Bu, bizim üçün böyük çağırışdır, lakin biz buna hazırıq”, — o vurğulayıb.
Gülnar Nazimqızı