Aqşin Bəbirova cinayət işi açılıb
2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülən, daha sonra Azərbaycana təhvil verilən Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olunub
, o, Cinayət Məcəlləsinin 127.2.3 maddəsi üzrə təqsirli bilinib.
Belə ki, Aqşin Bəbirov Sabunçu rayonu ərazisində etibarnamə əsasında idarə etdiyi “KİA Pride” markalı avtomobillə hərəkətdə olarkən digər hərəkət iştirakçısı ilə mübahisə yaşayıb. Mübahisə zamanı A.Bəbirov “Mercedes” markalı avtomobilin sürücüsünə qəza şəraiti yaratdığını bildirib.
Təfərlərin mübahisəsinin davamında Aqşin Bəbirov sürücüyə dəmir parçası ilə zərbə endirib.
qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan Aqşin Bəbirovun azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.
Xatırladaq ki, Aqşin Bəbirov Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, 2023-cü ilin dekabrında Hüseyn Axundovla birlikdə əsirlikdən xilas edilmişdi.