• $
  • £

“Bakı Marafonu 2026”ya qeydiyyat davam edir

“Bakı Marafonu 2026”ya qeydiyyat davam edir
19.03.2026 19:53

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2026”ya qeydiyyat davam edir.

42 km-lik tam marafona qoşulmaq istəyənlər aprelin 25-dək www.marathon.az saytından və ya 28 Mall, Dəniz Mall, Gənclik Mall ticarət mərkəzlərindəki məntəqələrdə qeydiyyatdan keçə bilərlər.

Tələbələr üçün qeydiyyat pulsuzdur.

2016-cı ildən Bakıda ənənəvi təşkil olunan 21 km-lik yarımarafon bu il ilk dəfə 42 kilometrlik tam marafon olaraq baş tutacaq. Həmişəki kimi Dövlət Bayrağı Meydanından start götürəcək marafonun finiş xətti isə bu dəfə Sea Breeze ərazisi olacaq.

Bununla yanaşı, marafonun iştirakçılarını və tamaşaçıları müxtəlif əyləncələr gözləyir.Start zonasında fərqli əyləncə sahələri, atletlər üçün isinmə zonası qurulacaq, böyük səhnədə sevilən sənətçilərin iştirakı ilə konsert keçiriləcək.

Marafonun əhatə edəcəyi marşrut boyunca iştirakçıları ruhlandırmaq məqsədi ilə müxtəlif motivasiya zonaları, həmçinin su və ilk tibbi yardım məntəqələri təşkil ediləcək. Ümumilikdə marşrut boyu 20 əyləncə nöqtəsi olacaq.

“Bakı Marafonu 2026”nın mükafatlandırılması da yeniliklərlə yadda qalacaq. 42 km-lik qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparan marafonun kişi və qadın qaliblərinin hər biri sertifikat və pul mükafatları əldə edəcək.

Bununla yanaşı, daha qısa məsafəni qət edən iştirakçıların da təltif olunması qərara alınıb. Belə ki, 42 km məsafənin öhdəsindən gələ bilməyib 21 km məsafəni qət edən ilk 2000 nəfərə medal və sertifikatlar, 10 km məsafəni tamamlayan iştirakçılara isə sertifikatlar veriləcək.

Finiş xəttini keçən “İlk tələbə” (qadın və kişi), “İlk yaşlı iştirakçı” (qadın və kişi), “İlk korporativ iştirakçı” (qadın və kişi) də mükafatçılar sırasında yer alacaqlar.

Analoji marafonlar bu günədək London, Paris, Nyu-York, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Marafon yarışı tam məsafədə 42 km və yarımarafon  olaraq 21 km məsafədə keçirilir. 2016-cı ildən bu ənənəyə qoşulan Bakı minlərlə yerli və əcnəbi iştirakçını marafonda öz ətrafında toplayır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Bakı Marafonu 2026”ya qeydiyyat davam edir
Cəmiyyət 19:53
“Bakı Marafonu 2026”ya qeydiyyat davam edir
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya ediləcək.
Cəmiyyət 19:17
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya ediləcək.
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb
Cəmiyyət 19:00
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb
İTSDA-nın sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçib
Cəmiyyət 18:36
İTSDA-nın sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçib
Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Cəmiyyət 17:53
Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Bank olmayan kredit təşkilatlarının adından fişinq edən haker şəbəkəsi ifşa olunub
Cəmiyyət 17:45
Bank olmayan kredit təşkilatlarının adından fişinq edən haker şəbəkəsi ifşa olunub
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Cəmiyyət 17:21
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
Cəmiyyət 17:18
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
Bakcell rouminqi ilə Novruz tətilində dünyanı kəşf edin!
Cəmiyyət 16:58
Bakcell rouminqi ilə Novruz tətilində dünyanı kəşf edin!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol